Küçədə qadını bıçaqlayıb qaçan şəxs tutulub

Küçədə qadını bıçaqlayıb qaçan şəxs tutulub
# 30 avqust 2022 14:29 (UTC +04:00)

Bakıda küçədə qadını bıçaqlayaraq avtomobillə hadisə yerindən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, paytaxtın Yasamal rayonunda tanışı olan qadını bıçaqlayaraq avtomobillə hadisə yerini tərk edən şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

Yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR