Külli miqdarda dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Vüqar Səfərli

© APA | Vüqar Səfərli

# 14 iyul 2022 16:06 (UTC +04:00)

Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 25-ə təyin edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilir.

Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulub.

Vüqar Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. Vüqar Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR