Kür çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Kür çayında batan yeniyetmənin meyiti tapılıb  - YENİLƏNİB
# 11 iyul 2022 19:13 (UTC +04:00)

Salyanda Kür çayında batan yeniyetmənin meyiti sudan çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kürkəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, Salyan rayonunun Aşağı Kürkəndi sakini, 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlu Kür çayında çimərkən boğulub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Yeniyetmənin meyiti batdığı yerdən 20 metr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi də yeniyetmənin meyitinin tapılmağı barədə məlumat yayıb. Məlumatda bildirilib ki, Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb. M.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 500 metr aralıda) tapılaraq aidiyyəti üzrə təhvil verilib.

18:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR