Kürdə qayıqda köməksiz qalan şəxs xilas olunub

Kürdə qayıqda köməksiz qalan şəxs xilas olunub
# 21 sentyabr 2022 10:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Əsgərbəyli kəndindən keçən hissəsində 1 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 20 km aralı, nəzarətsiz ərazidə içərisində 1 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR