Kürdəmir sakini dayısına atəş açıb - VİDEO

Kürdəmir sakini dayısına atəş açıb - VİDEO
# 27 dekabr 2021 12:40 (UTC +04:00)

Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR