Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb

Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb
# 25 sentyabr 2023 15:29 (UTC +04:00)

Kürdəmirdə fərdi yaşayış evində partlayış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində ər və arvad - 1986-cı il təvəllüdlü Vüsal Hətəmxan oğlu Zərbəliyev və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Şəbnəm Xidmət qızı Zərbəliyevaağır yanıq xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Xəsarət alanların Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR