Kürdəmirdə keçmiş məhkum oğurluq üstə saxlanılıb

Kürdəmirdə keçmiş məhkum oğurluq üstə saxlanılıb
  • Clock-gray 10:56
  • calendar-gray 18 Sentyabr 2019

Kürdəmirdə mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Verilən məlumata görə, sentyabrın 16-da Kürdəmir rayonu Qaraqocalı kənd sakini Cəlal Əhmədov  RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1910 manat pulun  oğurlandığını bildirib.

Məlumatla əlaqədar Kürdəmir  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Allahverdiyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi  cinayət əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində F. Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub.  Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Kürdəmir  RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date