Kürdəmirdə kişi arvadını, onun nənəsini və özünü bıçaqlayıb - VİDEO

Kürdəmirdə kişi arvadını, onun nənəsini və özünü bıçaqlayıb - VİDEO
# 05 sentyabr 2022 12:37 (UTC +04:00)

Kürdəmirdə kişi özünə və yaxınlarına xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Hikmət Fikrət oğlu Əhmədov ailə münaqişəsi zəminində həyat yoldaşı Nargilə Eldəniz qızı Əkbərovaya, Əkbərovanın nənəsi Kifayət Hüseyn qızı Məmmədovaya və daha sonra özünə bıçaqla xəsarət yetirib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, Hikmət Əhmədovla Nargilə Əkbərova 5 ay bundan qabaq ailə həyatı qurublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR