Kürdəmirdə marixuana satan şəxs tutulub - FOTO

Kürdəmirdə marixuana satan şəxs tutulub - FOTO
# 09 oktyabr 2019 11:55 (UTC +04:00)

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan əlavə 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR