Kürdəmirdə minik maşını yük maşını ilə toqquşub, ölən var

Kürdəmirdə minik maşını yük maşını ilə toqquşub, ölən var
# 21 noyabr 2019 01:42 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Təhlə kəndindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Yaşar Pirəli oğlu Vəliyevin idarə etdiyi yük maşını ilə İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Elman oğlu Abasovun idarə etdiyi "Lada Priora" markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, V.Abasov hadisə yerində ölüb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR