Kürdəmirdə "Nissan" beton dirəyə çırpılıb, yaralananlar var - FOTO

Kürdəmirdə "Nissan" beton dirəyə çırpılıb, yaralananlar var - FOTO
# 14 avqust 2019 11:06 (UTC +04:00)

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 172-ci kilometrliyində Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə Bakı şəhər sakinləri - 1974-ci il təvəllüdlü Könül Məhərrəm qızı Abdullayeva, 1955-ci il təvəllüdlü Güldəstə Aslan qızı Məhərəmova və 2010-cu il təvəllüdlü Zöhran Novruz oğlu Oruclu müxtəlif xəsarətlərlər alıblar.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR