Kürdəmirdə qadın dəm qazından zəhərlənərək ölüb

Kürdəmirdə qadın dəm qazından zəhərlənərək ölüb
# 27 yanvar 2022 22:02 (UTC +04:00)

Kürdəmirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Atatürk küçəsində qeydə alınıb.

Beləki, 2 uşaq anası, 51 yaşlı rayon sakini İbrahimova Pakizə Bəhlul qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR