Kürdəmirdə qətlə yetirilən qadın 3 azyaşlı uşaq anası olub - YENİLƏNİB-1 - FOTO - VİDEO

Kürdəmirdə qətlə yetirilən qadın 3 azyaşlı uşaq anası olub - YENİLƏNİB-1  - FOTO  - VİDEO
# 06 yanvar 2023 17:47 (UTC +04:00)

Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***

17.29

Kürdəmirdə törədilən qətllə bağlı bəzi detallar məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün gündüz saatlarında rayonun Şıxımlı kənd sakini, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov həyat yoldaşı, 1994-cü il təvəllüdlü Könül Qurbanovanı kəsici-deşici alətlə qətlə yetirib.

Meyit götürülərək aidiyyəti üzrə təhvil verilib. Hadisə törədən P. Qurbanov könüllü olaraq polisə təslim olub. Kənd sakinlərinin məlumatına görə, cütlük 6 il evli olub, 3 uşaqları var. Onların övladları - iki qız və bir oğlan hadisə baş verən vaxt dərsdə olublar.

Ərinin Könül Qurbanovanı boğaz nahiyəsindən bıçaqla vuraraq öldürdüyü deyilir. Qətlə yetirilən Könül Qurbanovanın əmisi İnqilab Mövlayevin dediyinə görə, Pərviz Qurbanov içki düşkünü olub. Evliliyin ilk aylarından ailədə söz-söhbət yaranıb. Bir neçə dəfə Könül Qurbanova ərindən ayrılmaq məqsədi ilə ata evinə köçüb. Valideynlərin müdaxiləsindən sonra tərəflər arasında barışıq olub. Hətta bir neçə il qabaq Pərviz Qurbanov içkini atmaq üçün dispanser müalicəsində olub. Ərlə arvad tez-tez mübahisə etdiyindən boşanma qərarına gəliblər. Ailədə vəziyyət günü-gündən pisləşib və sonda məlum hadisə baş verib. Faktla bağlı araşdırma aparılır.

***

13.28

Yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Zahid Abışov

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR