Kürdəmirdə qəza olub, ölən var

Kürdəmirdə qəza olub, ölən var
# 29 noyabr 2022 09:13 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Sor-sor kəndi ərazisində qeydə alınıb.

Ozal Musayev idarə etdiyi "VAZ 21074" markalı avtomobillə yolu keçən, 1964-cü il təvəllüdlü Tahir Nəzərlini vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR