Kürdəmirdə qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb - FOTO

Kürdəmirdə qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb - FOTO
# 27 yanvar 2023 22:28 (UTC +04:00)

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.

"Hyundai Elantra" markalı minik maşını ilə "Hyundai Santafe" markalı avtomaşın toqquşub.

Nəticədə "Hyundai Elantra"da olan bir ailənin üzvləri Ağcabədi rayon sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və onun övladları, 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR