Kürdəmirdə qəzada iki nəfər həyatını itirib - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə qəza

© APA | Kürdəmirdə qəza

# 19 iyun 2022 13:53 (UTC +04:00)

Kürdəmir rayonunda baş verən qəzada 2 nəfər vəfat edib.

APA TV-nin məlumatına görə, hadisə zamanı xəsarət alan iki nəfər - 1988-ci il təvəllüdlü Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.

***

saat 10:46

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR