Kürdəmirdə zəncirvari qəza olub, mikroavtobus aşıb, xəsarət alanlar var

Kürdəmirdə zəncirvari qəza olub, mikroavtobus aşıb, xəsarət alanlar var
# 23 may 2023 14:45 (UTC +04:00)

Kürdəmirdə zəncirvari qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunda, rayonun Karrar kəndi ərazisində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını dönmə əməliyyatı edərkən hərəkətdə olan "Volkswagen" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən idarəetmədən çıxan "Volkswagen" markalı maşın qarşıdan gedən, kənd təsərrüfatı məhsullu ilə yüklənmiş "Mercedes" markalı mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində rayonun Pirli kənd sakinləri - 1965-ci il təvəllüdlü Mübariz Abdulla oğlu Zeynalov, 1966-cı il təvəllüdlü Sənan Hökməli oğlu Əhmədov və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Rəşad Novruz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR