Kürdəxanıda avtomobillər toqquşub, ölən var

Kürdəxanıda avtomobillər toqquşub, ölən var
# 03 fevral 2023 09:01 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Baloğlanov Röyal Firudin oğlu idarə etdiyi “Mercedes C-class” markalı avtomobillə "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Məhəmmədi dairəsi istiqamətində hərəkəndə olarkən, əks istiqamətdə hərəkət olan 1975-ci il təvəllüdlü Məmmədov Mahir Mirayıl oğlunun idarə etdiyi “Fiat Doblo” avtomobili ilə toqquşub.

Nəticədə Mahir Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR