Kürdəxanıda dənizdə bir nəfər batıb

Kürdəxanıda dənizdə bir nəfər batıb
# 19 iyul 2022 18:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR