Laçında təbii halda bitən çətənə kolları məhv edilib

Laçında təbii halda bitən çətənə kolları məhv edilib
# 04 iyun 2023 08:41 (UTC +04:00)

Laçın rayonunda təbii halda bitən çətənə kolları məhv edilib

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib. Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR