Lənkəran İcra Hakimiyyətində əməliyyat keçirilib, baş memar və digər vəzifəli şəxslər saxlanılıb - YENİLƏNİB - VİDEO

Lənkəran İcra Hakimiyyətində əməliyyat keçirilib, baş memar və digər vəzifəli şəxslər saxlanılıb - YENİLƏNİB  - VİDEO
# 04 oktyabr 2022 16:12 (UTC +04:00)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

APA xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

***

15.51

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

APA xəbər verir ki, əməliyyat zamanı bir neçə nəfər vəzifəli şəxs saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR