Lənkəranda 27 yaşlı oğlan qətlə yetirilib

Lənkəranda 27 yaşlı oğlan qətlə yetirilib
# 06 may 2022 16:47 (UTC +04:00)

Lənkəranda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Sütəmurdov kəndində tanışı ilə mübahisə zamanı 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Zakir Əbülfəz oğlu İbrahimzadə sol budundan bıçaqlanıb.

Ağır yaralanan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Z. İbrahimzadə orada dünyasını dəyişib.

Hadisəni Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Hüseyn Ağa oğlu Nəzərlinin törətdiyi bildirilir. Onun bıçaqladığı Z. İbrahimzadəni xəstəxanaya apardığı və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR