Lənkəranda 57 yaşlı kişini avtomobil vuraraq öldürüb - VİDEO

Lənkəranda 57 yaşlı kişini avtomobil vuraraq öldürüb - VİDEO
# 17 yanvar 2022 12:39 (UTC +04:00)

Lənkəranda 57 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Lənkəranın Göyşaban kəndi ərazisində qeydə alınıb.

1994-cü il təvəllüdlü Qədir Zahir oğlu Cəfərovun idarə etdiyi 10-BE-994 dövlət qeydiyyat nişanlı “VAZ 2104” markalı avtomobillə Göyşaban kənd sakini, 1965-ci il təvəllüdlü Tərlan Şərafət oğlu Cəfərovu vurub. Huşsuz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Tərlan Cəfərovu xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR