Lənkəranda 68 yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Lənkəranda 68 yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO  - YENİLƏNİB
# 03 noyabr 2022 15:29 (UTC +04:00)

Lənkəranda maşınla vurulan piyada ölüb.

APA-nın xəbərinə görə, 68 yaşlı Məmməd Ağamalı oğlu Məmmədov xəstəxanada keçinib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və PAtoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

10.40

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin "Ləvəngi dairəsi"ndə qeydə alınıb. Lənkəran rayon Qurumba kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət Novruz oğlu Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən Lənkəran rayon Veravul kənd sakini, 1956-cı təvəllüdlü Məmməd Ağamalı oğlu Məmmədovu vurub. Yaralı dərhal Lənkəran şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR