Lənkəranda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb - VİDEO

Lənkəranda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb - VİDEO
# 26 dekabr 2021 01:00 (UTC +04:00)

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Nadir Baladadaş oğlu Əliyev idarə etdiyi 42-BR-566 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə 1948-ci il təvəllüdlü Sofiya Vahab qızı Səfərovanı vurub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR