Lənkəranda avtomobil qəzasında yaralananlardan biri ölüb - YENİLƏNİB

Lənkəranda avtomobil qəzasında yaralananlardan biri ölüb  - YENİLƏNİB
# 12 avqust 2019 03:32 (UTC +04:00)

Lənkəranda baş vermiş qəzada yaralananlardan biri vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1996-cı il təvəllüdlü Kamran Azər oğlu Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan biri, 1999-cu il təvəllüdlü Amal Kamal oğlu Quliyev həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralı 1996-cı il təvəllüdlü Aydın Bağırlının isə vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

****

23 :46

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında şəhərin Qalayçılar məhəlləsi kimi tanınan ərazisində baş verib.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan iri gövdəli ağaca çırpılıb. İlkin məlumata görə, avtomobildə olan 3 şəxsdən biri ölüb, digərləri isə yaralanıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qəza nəticəsində deformasiyaya uğramış avtomobildən ölən və xəsarət alanları xüsusi alət və avadanlıqların köməyilə çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR