Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb FOTO - YENİLƏNİB

Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb FOTO  - YENİLƏNİB
# 30 may 2023 18:01 (UTC +04:00)

Lənkəranda minik avtomobilinin vurduğu 14 yaşlı yeniyetmə dünyasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 14 yaşlı Rəvayət Fərəcova xəstəxanada vəfat edib.

***

16.52

Lənkəranda minik avtomobili piyadanı vurub.

APA-nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Rvarud kənd sakini, 1974-cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov "Niva" markalı, 99-MK-990 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Xəsarət alan yeniyetmə ağır vəziyyətdə Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

R.Fərəcovanın vəziyyəti ağır olduğundan Masallı rayonundakı özəl klinikalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR