Lənkəranda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb

Lənkəranda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb
# 04 fevral 2023 14:51 (UTC +04:00)

Bir neçə gün bundan əvvəl Lənkəranda minik avtomobilinin vurduğu piyada ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, Lənkəranın Boladi kəndi ərazisində Şəhriyar Heydər oğlu Nəzərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi 1975-ci il təvəllüdlü Asif Babayevi vurub. O, müxtəlif dərəcəli xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə, sonra isə Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Asif Babayevi xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR