Lənkəranda axund məsciddə bıçaqlanıb

Lənkəranda axund məsciddə bıçaqlanıb
# 29 sentyabr 2022 10:35 (UTC +04:00)

Lənkəranda axund bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev səhər saatlarında sübh namazı zamanı, həmin kəndin sakini Çingiz Əlizadə tərəfindən bıçaqlanıb. Ona çoxsaylı bıçaq zərbələri endirilib.

Xəsarətlər alan axund Taleh Əliyev Lənkəran Rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-ya bildirib ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib. Onlar arasında bir gün əvvəl də mübahisə düşüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran ŞRPŞ-də faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR