Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb - VİDEO

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb - VİDEO
# 15 iyun 2022 15:18 (UTC +04:00)

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

APA-nın cənub bürosu xəbər verir ki, bədbəxt hadisə Lənkəran şəhəri Qala xiyabanı 5 nömrəli binada qeydə alınıb. 2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Uşaq aqonal vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR