Lənkəranda baş verən yol qəzasında sabiq polis əməkdaşı ölüb - FOTO

Lənkəranda baş verən yol qəzasında sabiq polis əməkdaşı ölüb - FOTO
# 17 sentyabr 2019 17:01 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn Astara rayon sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107” yol kənarındakı elektrik dirəyinə çırpılıb və sürücü, Ş.Babayev hadisə yerində keçinib.

Qeyd edək ki, Ş.Babayev təqaüddə olan polis zabitidir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR