Lənkəranda bərbərxanada partlayış olub, xəsarət alan var

Lənkəranda bərbərxanada partlayış olub, xəsarət alan var
# 18 yanvar 2023 09:18 (UTC +04:00)

Lənkəranda bərbərxanada partlayış olub.

APA xəbər verir ki, hadisə rayonun "Ləvəngi" dairəsi adlanan ərazidə qeydə alınıb.

1995-ci il təvəllüdlü Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya girib, işıq lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə Məhərrəm İsazadə yanıq xəsarətləri alıb.

İlkin araşdırmalar zamanı partlayışın səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borusundan sızan qaz olduğu müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR