Lənkəranda çayxanada yanğın olub - FOTO - YENİLƏNİB - VİDEO

Lənkəranda yanğın

© APA | Lənkəranda yanğın

# 27 dekabr 2021 18:59 (UTC +04:00)

Lənkəran şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan hazırda fəaliyyət göstərməyən çayxananın ondulindən ibarət dam örtüyü 200 m² sahədə və içərisində olan əşyalar qismən yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17.57

Lənkəranda ikimərtəbəli binada yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhər sakini 1987-ci il təvəllüdlü Çingiz Ağazadəyə məxsus və "Ləvəngi dairəsi" kimi tanınan ərazidə yerləşən ikimərtəbəli binanın yuxarı mərtəbəsində yanğın hadisəsi qeydə alınıb. Nəticədə ümumi sahəsi 400 kvadratmetr olan binanın 200 kvadratmetr sahədə dam örtüyü yanıb. Yanğın yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən söndürülüb və yanğının birinci mərtəbəyə, ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR