Lənkəranda ev yanıb, 2 nəfər tüstüdən zəhərlənib

Lənkəranda ev yanıb, 2 nəfər tüstüdən zəhərlənib
# 12 sentyabr 2022 11:11 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Lənkəran şəhərinin Şiləvar kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxin tavanı 6 m² sahədə və 1 ədəd aspirator, 2-ci mərtəbəsində döşəmə 2 m² sahədə və qismən 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR