Lənkəranda itkin düşən 56 yaşlı kişinin meyiti asılı vəziyyətdə tapılıb

Lənkəranda itkin düşən 56 yaşlı kişinin meyiti asılı vəziyyətdə tapılıb
# 05 noyabr 2022 12:51 (UTC +04:00)

Lənkəranda 4 gündür itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər Lənkəran şəhəri Mirsalayev küçəsi-56 ünvanındakı evdə, 1966-cı il təvəllüdlü Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Yaxınları M. Əhmədovun 4 gündür itkin düşdüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR