Bu gün axşam saatlarında Lənkəran şəhərində meyiti tapılan şəxsin kimliyi müəyyən olunub.
APA xəbər verir ki, meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü, Lənkəran şəhər sakini Tahir Cəlal oğlu Yusubov olduğu bildirilir.
Məlumata görə, Tahir Yusubov tikintidə fəhlə işləyirmiş.
***
17.27
Lənkəranda küçədə meyit aşkarlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, meyit şəhərin Şəhidlər xiyabanı küçəsində tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Təqribən 50-55 yaşlarında olan kişinin meyiti ərazidən götürülərək müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.