Lənkəranda küçədə meyit tapılıb - FOTO - YENİLƏNİB

Lənkəranda küçədə meyit tapılıb - FOTO  - YENİLƏNİB
# 02 dekabr 2022 19:12 (UTC +04:00)

Bu gün axşam saatlarında Lənkəran şəhərində meyiti tapılan şəxsin kimliyi müəyyən olunub.

APA xəbər verir ki, meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü, Lənkəran şəhər sakini Tahir Cəlal oğlu Yusubov olduğu bildirilir.

Məlumata görə, Tahir Yusubov tikintidə fəhlə işləyirmiş.

***

17.27

Lənkəranda küçədə meyit aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, meyit şəhərin Şəhidlər xiyabanı küçəsində tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Təqribən 50-55 yaşlarında olan kişinin meyiti ərazidən götürülərək müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR