Lənkəranda itkin düşən məktəbli qız tapılıb - FOTO - YENİLƏNİB

Lənkəranda itkin düşən məktəbli qız tapılıb - FOTO   - YENİLƏNİB
# 24 sentyabr 2022 17:12 (UTC +04:00)

Ötən gün günorta saatlarında Lənkəranda itkin düşən 11-ci sinif sagirdi Şahnaz Hüseynova tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə APA-nın cənub bürosunun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupuna ünvanladığı sorğuya cavab olaraq bildirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, məktəblinin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub. Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib.

***

23 sentyabr, 23:46

Günorta saatlarında dərsdən çıxıb evə gedən məktəbli qız itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında 11-ci sinif şagirdi dərsdən çixaraq evə qayitmayib.

Hadisə Lənkəran rayonun Zövlə kəndində baş verib. 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa baslayaraq aidiyyəti üzrə müraciət ediblər. Hazırda polis və kənd sakinləri tərəfindən axtarışlar davam edir.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR