Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO
# 31 yanvar 2023 20:45 (UTC +04:00)

Lənkəranda baş verən qəzada iki qardaş xəsarət alıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah magistral yolunun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran rayonunun Zövlə kənd sakini İdrak Şəfiyev idarə edtdiyi "VAZ 2199" markalı avtomobillə 1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "VAZ 2199"un sürücüsü və sərnişin Ziyafət Şəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR