Lənkəranda pirotexniki maddələr satan 4 nəfər məsuliyyətə cəlb olunub

Lənkəranda pirotexniki və tezalışan maddələrin satışını təşkil edən şəxslər aşkarlanıb

© APA | Lənkəranda pirotexniki və tezalışan maddələrin satışını təşkil edən şəxslər aşkarlanıb

# 28 dekabr 2021 16:55 (UTC +04:00)

Əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayonun müxtəlif ərazilərində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satılması ilə bağlı 4 fakt müəyyən edilib. Keçirilən baxış zamanı həmin mağaza və piştaxtalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran rayon sakinləri S.Vahabov, Ş.Səfərova, V.Kamalzadə və R.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR