Lənkəranda piyadanı vurub qaçan sürücü tutulub

Lənkəranda piyadanı vurub qaçan sürücü tutulub
# 08 iyun 2023 10:18 (UTC +04:00)

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR