Lənkəranda qadın qohumu tərəfindən döyülüb

Lənkəranda qadın qohumu tərəfindən döyülüb
# 15 oktyabr 2019 14:10 (UTC +04:00)

Lənkəranda qohumların mübahisəsi xəsarətlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kənd sakini Fərman Cənnətəli oğlu Məmmədov mübahisə etdiyi qohumu, 1977-ci il təvəllüdlü Həlimə Aslan qızı Fərzəliyevaya xəsarət yetirib. Qapalı kəllə-beyin travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyəti həkimlərin müdaxiləsindən sonra normal qiymətləndirilir.

Mübahisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR