Lənkəranda baş vermiş yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Lənkəranda baş vermiş yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB
# 23 iyul 2019 20:28 (UTC +04:00)

Lənkəranda baş vermiş avtoqəzada ölən və xəsarət alanların adları məlum olub.

APA-nın cənub bürosu xəbər verir ki, Vüsal Əzizovun sürücüsü olduğu 90-LK-933 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və əsas yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişinlərdən 1950-ci il təvəllüdlü Cəmilə Məmmədova və 1990-cı il təvəllüdlü Nigar Əzizova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin - 1948-ci il təvəllüdlü Azadə Məmmədova isə avtoqəza nəticəsində dünyasını dəyişib.

Ölən və yaralananların hamısı Bakıda yaşayan Astara rayonunun Ərçivan qəsəbə sakinləridir.

***

Saat 18:50

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

90-LK-933 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxıb. Qəza nəticəsində avtomobildə olanlardan 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR