Lənkəranda avtomobil divara çırpılıb, yaralanan var

Lənkəranda avtomobil divara çırpılıb, yaralanan var
# 09 noyabr 2019 10:03 (UTC +04:00)

Lənkəranda avtomobil divara çırpılıb, bir nəfər yaralanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Vilvan kəndində baş verib.

Cil kənd sakini, 1998-ci il təvəllüdlü Şahhüseyn Şəfi oğlu Nəsirzadə idarəetməni itirərək “VAZ 2106” markalı avtomobillə yol kənarındakı yarımtikiliyə çırpılıb. Deformasiyaya uğrayan avtomobilin içindən yaxınlıqdakıların köməyilə çıxarılan sürücü sol qulaqda cırılmış yara, boğaz və alın nahiyəsində sıyrıntılarla rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti normaldır.

Ehtimal edilir ki, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR