Lənkəranda tanışını öldürən şəxsin istintaqı başa çatıb

Lənkəranda tanışını öldürən şəxsin istintaqı başa çatıb
# 24 sentyabr 2022 10:00 (UTC +04:00)

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən Qulam Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib. Qeyd edək ki, iyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR