Lənkəranda XI sinif şagirdi döyülüb - VİDEO

Lənkəranda XI sinif şagirdi döyülüb - VİDEO
# 21 noyabr 2022 10:27 (UTC +04:00)

Lənkəranda XI sinif şagirdi döyülüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən APA-nın cənub bürosuna verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın Acil şöbəsinin müdiri Elgiz Baxşəliyev APA-nın cənub bürosuna bildirib ki, şagird xəstəxanaya ağır vəziyyətdə daxil olub. İlkin müayinələrdə ona qapalı kəllə-beyin travması, alın və üz nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. Ağırlıq dərəcəsinə uyğun olaraq, xəsarət alan yeniyetmə paytaxt xəstəxanalarından birinə göndərilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Lənkəran Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR