Lənkəranda yarım kq heroini atıb qaçan şəxs tutulub

Lənkəranda yarım kq heroini atıb qaçan şəxs tutulub
# 13 noyabr 2019 13:11 (UTC +04:00)

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.

Məlumat əsasında dərhal polis əməkdaşları həmin ünvana gəlib, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR