Lerikdə qəzaya düşən avtomobilin sürücüsü reanimasiyaya yerləşdirilib

Lerikdə qəzaya düşən avtomobilin sürücüsü reanimasiyaya yerləşdirilib
# 13 noyabr 2022 02:00 (UTC +04:00)

Lerikdə avtomobil dərəyə yuvarlanıb

APA-nın cənub bürosunun verdiyi məlumata görə, gecə saatlarında Lənkəran-Lerik yolunun 30 km-də, Lerik rayonunun Hamarmeşə kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Eyvaz Elşən oğlu Quliyev "VAZ-2121 Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı elektrik dirəyinə çırpılıb və təqribən 20 hündürlükdən dərəyə aşıb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Xəstə süni tənəffüs aparatına qoşulub, hemostatik tədbirlər görülür və ağrıkəsicilər tətbiq olunur.

Faktla bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR