Direktor: Hirkan Milli Parkında yanğın 5 ha ərazini əhatə edir

Direktor: Hirkan Milli Parkında yanğın 5 ha ərazini əhatə edir
# 21 avqust 2019 14:09 (UTC +04:00)

Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə cəlb edilən texnika və canlı qüvvənin sayı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov APA-nın cənub bürosuna açıqlamasında bildirib ki, yanğın Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayında qeydə alınıb: “Yanğın 10 ha sahənin daxilində talalar şəklində təxminən 5 ha ərazini əhatə edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 248 nəfər canlı qüvvəsi, amfibiya təyyarəsi və 2 helikopteri, eləcə də 21 texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumlarından cəlb olunan əməkdaşlar, o cümlədən yerli sakinlər cəlb edilib”.

A.Qaraşov həmçinin qeyd edib ki, yanğının söndürülməsi prosesində heç kim xəsarət almayıb: “Yanğın ərazisində “DT 75” traktorları şumlama işləri aparmaqla yanğını çərçivəyə alıblar. Milli Parkın ərazisi kənar təsirlərdən qorunduğuna və quru ot örtüyü, qurumuş ağaclar çox olduğuna görə yanğın yayıla bilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR