Əlövsət Əliyev azadlığa buraxılıb

Əlövsət Əliyev azadlığa buraxılıb
# 13 fevral 2020 14:16 (UTC +04:00)

Bir neçə ay əvvəl Almaniyada həbs edilən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev azadlığa buraxılıb.

Bu barədə APA-ya Ə.Əliyevin qardaşı Sabir Rüstəmxanlı məlumat verib.

Ə.Əliyevin bu gün həbsdən azad edildiyini qeyd edən S.Rüstəmxanlı hələlik onunla danışmadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, Ə. Əliyev ötən ilin noyabrında Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, qanunsuz miqrasiya cinayətlərində təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR